İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadına armaturla hücum edərək yaraladı- ANBAAN VİDEO  

948 09.03.2023 18:52 Hadisə A A

Türkiyədə şərti adı Taha O. olan şəxs sevgilisini dəmir parçası ilə döyüb.

Musavat.com xəbər verir ki, hadisə Eyüpsultan rayonunun Güzeltepe məhəlləsində baş verib.
İddiaya görə, Taha O. ilə sevgilisi Meral K. arasında davamlı problemlər olub. Sonuncu dəfə də o, sevgilisi ilə mübahisə etməyə başlayıb. Mübahisə qısa zamanda davaya çevrilib. Şübhəli şəxs qadına dəmirlə hücum etdikdən sonra mənzili tərk etməyə çalışıb. Şübhəlinin arxasınca qaçan qadın daha bir zərbə alıb və qan içində yerə yıxılıb.

Döyülmüş qadın martın 7-də polisə müraciət edərək Taha O-dan şikayət edib. Qısa müddətdə qruplar şübhəli şəxsi tutaraq nəzarətə götürüb. Şübhəlinin polis şöbəsində qəsdən xəsarət yetirmə, ehtiyatsızlıqdan xəsarət yetirmə, azadlıqdan məhrum etmə, təhqirlə hədələmə və açıq oğurluq cinayətlərinə görə 8 cinayət qeydinin olduğu məlum olub. Polis bölməsində əməliyyatları tamamlanan şübhəli ədliyyə orqanlarına təhvil verilib.

Həmin anların videosunu təqdim edirik:


 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR