İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaçırıldığını anlayan gənc qadın özünü maşının pəncərəsindən atdı - Səkiyə çırpılaraq ÖLDÜ FOTO

1963 05.11.2022 18:41 Hadisə A A

Meksikada taksiyə mindikdən sonra sürücü tərəfindən qaçırıldığını anlayan qadın özünü avtomobilin pəncərəsindən aşağı atıb.


Musavat.com xəbər verir ki, səkiyə çırpılan qadın hadisə yerində dünyasını dəyişib.

Meksikanın paytaxtı Mexiko şəhərində baş verən hadisədə 27 yaşlı Lidia Qabriela adlı qadın taksiyə mindikdən bir müddət sonra sürücünün fərqli istiqamətə getdiyini anlayıb. Taksi sürücüsünün qapıları kilidləyib yoluna davam etməsindən sonra ailəsi ilə telefonla əlaqə saxlayan gənc qadın vəziyyəti izah edərək qaçırıldığını bildirib.

Daha sonra gənc qadın avtomobilin pəncərəsini açaraq ətrafdakılardan kömək istəyib. Hadisə şahidləri isə avtomobil sürətlə getdiyi üçün yaxınlıqdan heç kimin qadına kömək edə bilməyəcəyini bildiriblər. Gənc qadın nəhayət özünü xilas etmək üçün maşının pəncərəsindən atılıb. Səkiyə çırpılan qadının hadisə yerində öldüyü öyrənilib. 

Mexiko Baş Prokurorluğu qadının öldürülməsi ilə bağlı istintaq başladıldığını, taksi sürücüsünün tapılması üçün işlərin davam etdiyini açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR