İnsanlara hürriyət, millətlərə istiqlal!

Pxenyan dördüncü gündür ki, koreyalararası rabitə kanalına cavab vermir

548 10.04.2023 13:53 Son xəbər A A

Cənubi Koreya dörd gündür ki, koreyalararası rabitə kanalı və hərbi “qaynar xətt” ilə KXDR-lə əlaqə saxlaya bilmir.

AZƏRTAC xəbər verir ki, Cənubi Koreyanın Birləşmə Nazirliyinin məlumatına görə, KXDR cümə günü səhər saatlarından bu gün saat 9:00-a qədər telefon zənglərinə cavab verməyib.

Tərəflər adətən gündə iki dəfə - 9:00-da və 17:00-da telefon danışığı aparır. Şimali Koreyanın zənglərə cavab verməməsinin səbəbi məlum deyil. Lakin ehtimal olunur ki, Pxenyan Cənubi Koreya ilə ABŞ-nin müştərək hərbi təlimlərinə bu yolla etiraz bildirir.

2020-ci ilin iyununda KXDR hakimiyyəti bütün mövcud rabitə kanalları ilə Seulla əlaqələri kəsmiş və Keson məntəqəsində yerləşən koreyalararası rabitə ofisini partlatmışdı. İki dövlət arasında əlaqələr yalnız 2021-ci ilin iyul ayında bərpa olunmuşdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR