İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə müsahibəsi jurnalist Karlsona baha başa gələ bilər

586 08.02.2024 11:05 Dünya A A

Amerikalı jurnalist Taker Karlson Moskva vaxtı ilə saat 4:15-də Moskva-Belqrad reysi ilə Rusiyanı tərk edib. Bundan əvvəl o, Putinlə müsahibənin buraxılış tarixini açıqlayıb. Söhbətin videoyazısı fevralın 9-da Moskva vaxtı ilə gecə saat 2-də yayımlanacaq.

Musavat.com xəbər verir ki, “Newsweek” nəşrinin yazdığına görə, Avropa İttifaqı Rusiya prezidentindən müsahibə aldığına görə Karlsona qarşı sanksiyaları nəzərdən keçirə bilər.

Amerikalı jurnalist Taker Karlson özünün İnstaqram səhifəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə müsahibə ni pulsuz görmək mümkün olacaq.

Fevralın 8-nə keçən gecə amerikalı jurnalistin Rusiyadan uçduğu iddia

“Fox News” telekanalının keçmiş aparıcısının Rusiyaya səfəri Rusiya mətbuatında geniş işıqlandırılıb. Onun Moskvaya səfəri və Putinlə müsahibəsi Qərb mətbuatının diqqətini çəkib. Onlarla jurnalist onun gəlişini Rusiya paytaxtında otelin qarşısında gözləyib.

Bildirilir ki, amerikalı jurnalist fevralın 3-də Rusiyaya gəldiyi andan jurnalistlər onun hərəkətlərini diqqətlə izləyiblər. Hətta onun restorana getməsi də işıqlandırılıb. Lakin Karlsonla təkcə rusiyalı həmkarları maraqlanmırdı. Jurnalist Kleyton Morris deyib ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) Karlsonun Putindən müsahibə almaq istədiyini öyrəndikdən sonra onu nəzarətə götürüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR