Rusiya Prezidentinin xüsusi nümayəndəsi Boris Titov kənd təsərrüfatığ məhsullarının tədarükü baxımından Azərbaycanın Rusiyaya Ermənistandan daha çox məhsul təqdim edə biləcəyini bildirib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Rusiya bazarında Ermənistan kənd təsərrüfatı məhsullarının yerini Azərbaycan məhsulları tuta bilər.
Titov qeyd edib ki, kənd təsərrüfatı sahəsində Azərbaycanın istehsal və ixrac potensialı Ermənistandan daha genişdir və bu, Rusiyanın tələbatının ödənilməsində mühüm rol oynaya bilər.
Musavat.com






