İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Xankəndidə SENSASİON 2025 planı: ŞOK GİZLİNLƏR Qabil Hüseynli ilə CANLI-da...

754 07.07.2023 16:00 Gündəm A A

Rusiya Qarabağda hərbi mövcudluğu üçün indidən 2025-ci il ssenarisi hazırlayır. Kreml bölgədə gərginliyi getdikcə artırmağa çalışacaq ki, regionu tərk etməsin və yerini Qərb missiyası doldurmasın.

Musavat.com-un analitik şöbəsi yazır ki, Moskva təkcə Qarabağda hərbi qüvvələrinin qalmasına görə vəziyyəti gərginləşdirmir, həm də Cənubi Qafqazın əldən çıxıb ABŞ və Fransaya təhvil verilməməsi uğrunda bu adıdmları atır.

Ona görə daimi problem Rusiyaya lazımdır. Bu səbəbdən bölgədə vaxtaşırı təxribatlar olacaq, atəş səsləri eşidiləcək. Hətta 2025-ci il ərəfəsində daha da dramatik mənzərə yarana bilər.

Ekspertlər də qeyd edirlər ki, son vaxtlar istər Ermənistan-Azərbaycan şərti dövlət sərhədində baş verən təxribatlar, istərsə də sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə gərginliyin artması, separatçıların aktivləşməsi Kremlin belə niyyətinin olduğundan xəbər verir.

Məsələ ondadır ki, sülhməramlıların ərazidə qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış tərəflərdən heç biri əks mövqedə çıxış etməsə, müddət avtomatik 5 il uzadılır. Kreml məhz bu bəndin icrasını gerçəkləşdirmək, beləcə növbəti 5 il ərazidə, regionda qalmaq istəyir.

Rusiya yaxşı bilir ki, 2024 və 2025-ci illərdə Azərbaycanın siyasi həyatında aktivlik olacaq. Belə ki, Azərbaycanda 2024-cü ildə parlament, 2025-ci ildə isə prezident seçkiləri keçiriləcək. Kreml Bakının başının seçki prosesinə qarışmasından da istifadə edərək növbəti 5 il ərzində regionda qalmaq, bunun üçün sülhməramlıların səlahiyyət müddətini uzatmaq istəyir.

Mümkündür ki, Azərbaycan Rusiyanın 2025-ci il planından xəbərdardır və bu planın baş tutmaması üçün əlindən gələni edir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan efirində “Həftə içi”nin qonağı professor Qabil Hüseynli separatizmlə mübarizədən danışır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR