İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin SSRİ variasiyaları və Ukrayna səddi...

1438 30.08.2022 12:21 Yazarlar A A

Dahilərdən biiri deyib ki, tarix iki dəfə təkrar olur: bir dəfə faciə, bir dəfə də komediya şəklində. Başqa biri də ərz edir ki, tarixin heç bir obyektiv qanunları yoxdur, hər şey insanların iradəsindən asılıdır – postsovet ölkələrinin cəmiyyətlərinin müqaviməti olmazsa, ruslar qətiyyətli və israrlı olarlarsa, onda SSRİ də bərpa olunar, lap o yana da keçər...

Burada bir məqamı da qeyd etmək lazımdır. Sovet dövrünü yaşamış insanları məyus etmək olsa da, qeyd edək ki, SSRİ bərpa olunacaq deyən zaman heç kim kommunist dövlətinin bərpasını nəzərdə tutmur, - yox, bu arxada qaldı və söhbət postsovet ölkələrinin Rusiyanın geosiyasi orbitinə keçməsindən gedir.

Hazırda Moskva bu prosesi başlayıb və biz daim bunu qeyd edirik. Bəli, söhbət Rusiya - Ukrayna müharibəsindən gedir.

Ötən dəfələrdə qeyd etdiyimiz kimi, bir vaxt politoloq Zbiqnev Bjezinski özünün “Böyük şahmat taxtası” əsərində yazırdı ki, Ukrayna olmadan Rusiyanın imperiya ambisiyalarından danışmaq mənasızdır.
Bir çoxu hələ də belə hesab edir ki, Moskvanı əndişələndirən NATO-nun onun sərhədlərinə yaxınlaşması idi. Amma ki, bu müstəvidə Rusiya nəyə nail oldu? Daha iki dövlət NATO-ya üzv oldu – bəli, Finlandiya və İsveçin üzvlük protokolları demək olar ki, bütün üzv dövlətlər tərəfindən ratifikasiya olunubdur.
Bəs Moskvanın buna reaksiyası necə oldu? Kreml bildirdi ki, onun İsveç və Finlandiya ilə problemi yoxdur.

Deməli, problem yalnız Ukrayna ilədir və Moskva bircə məqsəd güdür: Kiyevi öz geosiyasi orbitinə qaytarmaq...

Bəs digər postsovet ölkələri buna nə dərəcədə ciddi reaksiya verirlər? Rusiyanı heç kim müdafiə etmir – bir-iki "üzdəniraq" dövlətdən savayı. Ələlxüsus da Mərkəzi Asiya ölkələri narahatdırlar. Hiss olunanı da budur ki, Moskvaya qarşı soyuq müharibə uzun çəkəcək və sanksiyalar hələ uzun müddət qüvvədə qalacaq. Mərkəzi Asiya ölkələrinin isə əlavə tranzit imkanları yoxdur və onlar karbuhidrogen ehtiyatlarını Rusiya ərazisindən nəql edirlər. Bir ara Türkmənistan Hindistan üzərindən tranzit xətti açmağı düşünürdü, amma bundan bir nəticə hasil olmadı və hazırda tarns-Xəzər marşrutu bu ölkələrin demək olar, yeganə şansıdır...

Odur ki, vəziyyət çox qəlizdir. Vladimir Putin SSRİ-ni bərpa etməkdə çox israrlıdır və addımbaaddım buna doğru gedir. Amma çox şey son nəticədən asılıdır. Alınacaqmı? Düşünmürük. Rusiyanın postsovet ölkələrinin avtoritar liderlərinə təklif etməyə nəyisə var, amma onun bu ölkələrə təklif edəcəyi bir şeyi yoxdur. Avrasiya İqtisadi Birliyi yarananda postsovet ölkələrinin bir çoxu buna ümidli idi. Amma nə alındı bundan? Demək olar ki, heç nə. Ona görə də yalnız güclə postsovet ölkələrini Rusiyanın geosiyasi orbitinə qaytarmaq olar. Ukrayna ilə müharibə məhz bunun təzahürüdür. Amma müharibənin altıncı ayı da başa çatdı və hələ ki rusların “xüsusi əməliyyatları” başa çatmaqdan çox uzaqdır. Əgər Kiyev bu qışı da duruş gətirsə, onda ruslar anlayacaqlar ki, necə bir böyük bataqlığa salıblar özlərini...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR