İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Səudiyyə Ərəbistanına səfəri başlayıb

646 06.12.2023 20:52 Dünya A A

Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanına səfəri başlayıb.

Musavat.com Tass agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidenti vəliəhd, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Əl Səud ilə danışıqlar aparacaq.

Daha əvvəl xəbər verildiyi kimi, görüşdə ticarət, iqtisadi və investisiya sahələrində əməkdaşlıq, çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsi planlaşdırılır. Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivləri nəzərdən keçiriləcək, o cümlədən enerji məsələlərinə də xüsusi diqqət yetiriləcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR