İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Ankara səfəri təxirə salındı?

1287 07.02.2024 22:35 Dünya A A

Rusiya prezidenti Vladimir Putinin fevralın 12-də Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a Türkiyədəki diplomatik mənbə təfərrüatları açıqlamadan məlumat verib.

"Səfər təxirə salınıb. Təfərrüatlar hələlik məlum deyil", - agentliyin həmsöhbəti bildirib.
Daha əvvəl “Hürriyet” qəzetinin jurnalisti və CNN Türk televiziyasının köşə yazarı Hande Fırat səfərin ləğv olunduğunu açıqlamışdı.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə TASS-a bildirib ki, Rusiya və Türkiyə prezidentləri arasında təmas üçün hazırlıqlar davam edir, tarixlər razılaşdırılacaq: "Xeyr. Mən səfərin təxirə salındığını təsdiqləyə bilmərəm. Tarixlər açıqlanmayıb".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR