İnsanlara hürriyət, millətlərə istiqlal!

Putini devirmək üçün PROSES BAŞLADI – Bu qüvvələr Rusiyaya sızdılar – Elçin Alıoğlu ilə CANLIda

1122 26.05.2023 11:21 Siyasət A A

“Rusiya Könüllülər” Korpusu və “Azad Rusiya” Legionunun döyüşçülərinin bir hissəsi Rusiya Prezidenti Vladimir Putinin rejiminə qarşı mübarizəni davam etdirmək üçün federasiya ərazisində qalıb”.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib. “Biz qəti şəkildə deyə bilərik ki, Rusiyaya qarşı müqavimət güclənir. Belqorod vilayətindəki son hadisələrdən danışırıqsa, bəli, “Rusiya Könüllülər” Korpusu və “Azad Rusiya” Legionunun müəyyən hissəsi mübarizəni davam etdirmək və yeni tərəfdarlar cəlb etmək üçün Rusiya ərazisində qalır”, - Yusov bildirib.

O qeyd edib ki, bununla əlaqədar olaraq “Rusiya Könüllülər” Korpusu və “Azad Rusiya” Legionunun mübarizə coğrafiyası genişlənir və fəaliyyət miqyası artır. Onun sözlərinə görə, Belqorod vilayətində baş verən son hadisələr Rusiyanın mərkəzində son dövrlərdə Putin rejiminə qarşı ən kütləvi silahlı müqavimətə çevrilib.

Mayın 21-də korpus və legionun rusiyalı könüllüləri Belqorod vilayətində əməliyyata başladıqlarını elan ediblər. Onların sözlərinə görə, əməliyyat nəticəsində iki hərbçini yaralayıblar. Bundan əlavə, onlar zirehli transportyorları, atıcı silahları və digər texnikaları ələ keçiriblər.

Ukrayna hərbi kəşfiyyatı (QUR) bunun rusların özləri tərəfindən “xüsusi əməliyyat” olduğunu bildirib. Hazırda “Rusiya Könüllülər” Korpusunun döyüşçülərinin Qlotov kəndində olduğu deyilir.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert Elçin Alıoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR