İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən Zelenskiyə şok təhdid: Rusiya Ukraynanı bomdarman edir - Kiyevdən CANLI

1851 10.10.2022 14:45 Gündəm A A

Kiyev rejiminin cinayətlərini cavabsız qoymaq mümkün deyil. Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirədə bildirib.

Krım körpüsünün partladılması ilə bağlı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin məruzəsi üzrə danışan Rusiya Prezidenti vurğulayıb ki, Kiyev özünü ən təhlükəli terrorçu qruplarla bir cərgəyə qoyub. Putin bu gün səhər Ukraynanın şəhərlərinə endirilən raket zərbələri barədə də danışıb.

“Səhər yüksək dəqiqlikli silahlarla Ukraynanın enerji, hərbi və rabitə infrastrukturlarına kütləvi zərbələr endirilib. Ukrayna terror aktlarını Rusiya ərazisində davam edəcəyi halda bizim cavabımız sərt və öz miqyasına görə həmin təhdid səviyyəsinə müvafiq olacaq”, - Putin qeyd edib.

Oktyabrın 10-da rus qoşunlarının bəzi şəhərlərə kütləvi raket zərbələri endirməsi nəticəsində Ukrayna məktəblərində tədris dayandırılıb. Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinə zərbələr endirib. Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib. Onun sözlərinə görə, Şebekino rayonunun vurulması nəticəsində 3 ev dağılıb, 1 sakin ölüb. Bundan başqa, Valuysk şəhər dairəsi və Konoplyanevka kəndi də atəşə məruz qalıb.

TVMusavat-ın saat 15:00-da canlı efirində Kiyevdə olan həmkarımız İdrak Camalbəyli ilə Ukraynadakı son vəziyyəti müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat



Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR