İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən RƏSMƏN nüvə bombası təhdidi: cavabımız təkcə... “Həftə içi” CANLI

1095 04.02.2023 11:45 Hadisə A A

"Bizi yenə Banderanın tərəfdarlarının əlləri ilə döyüşən alman “Leopard” tankları təhdid edirlər". Bunu Rusiya Prezidenti Vladimir Putin Stalinqrad döyüşündəki qələbənin 80-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

"Bu, ağlasığmazdır, amma faktdır - bizi yenə banderaçıların əlləri ilə döyüşən alman “Leopard” tankları ilə təhdid edirlər. Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək, hamı bunu başa düşməlidir", - Putin dünyanı yenidən nüvə zərbəsilə təhdid edib.

Ukraynaya hərbi müdaxilədən sonra şəxsən Putin və digər Rusiya rəsmiləri dəfələrlə nüvə zərbəsi təhdidləri yağdırıblar. Lakin artıq bu təhdidlər əvvəlki təsir gücünü itirib. O səbəbdən ki, ABŞ və onun avropalı müttəfiqləri qətiyyət göstərirlər və bu təhdidlər Ukraynanı da çəkindirmir. Axı, nüvə silahı həm də NATO müttəfiqlərinin arsenalında var.
Maraqlıdır ki, son vaxtlar Rusiya rəsmiləri, o cümlədən şəxsən Putin nüvə təhdidlərini daha dilə gətirmirdilər. Görünür, ağır tankların Ukraynaya verilməsi qərarı Kremldəki diktatoru yenidən özündən çıxarıb.

ABŞ Ukraynaya uzaqmənzilli raketlər göndərməyi planlaşdırır. ABŞ administrasiyası Ukraynaya göndərəcəyi 2,2 milyard dollarlıq yeni hərbi yardım paketinə uzaqmənzilli raketləri də daxil edib.
TVMusavat-ın saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Yeganə Hacıyeva ilə Ukrayna müharibəsini və İrandakı terroru müzakirə edir. Müzakirədə tamaşaçılar da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR