İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən ÇILĞIN qərar: daha 120 min insan… - Fuad Abbasovla “Canlı debat”

1383 01.10.2022 10:45 Gündəm A A

Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə payız çağırışı ilə bağlı qərar imzalayıb.

Qərara əsasən oktyabr ayında 120 min insan həqiqi hərbi xidmətə çağırılacaq.

“Mən Rusiyanın Ukraynanın vilayətlərini - Donetsk, Luqansk, Zaporojye və Xersonu qanunsuz ilhaqını qətiyyətlə pisləyirəm”. Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Bu, beynəlxalq hüququn, eləcə də Ukraynanın suverenliyinin ciddi şəkildə pozulmasıdır", - Makron vurğulayıb. Makron bildirib ki, Fransa Rusiyaya qarşı mübarizədə və bütün ərazilər üzərində tam suverenliyin bərpasına kömək etməkdə Ukraynanın tərəfində olacaq.

Putinin verdiyi qərarlar niyə belə rabitəsizdir? Ukraynanın qanunsuz ilhaqını həyata keçirən Putin bundan sonra hansı çılğın qərarlar verəcək? Ukrayna bununla razılaşmamaqla yanaşı, hansı əks addımlar atacaq?

Bu və gündəmdəki bir çox sualları bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız tanınmış siyasi ekspert-jurnalist Fuad Abbasov Malikoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR