İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Ukraynaya qoşun göndərməyi düşünən Qərb dövlətlərini HƏDƏLƏDİ

1114 29.02.2024 17:42 Dünya A A

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qoşun göndərməyi düşünən Qərb dövlətlərinə xəbərdarlıq edib.

Musavat.com APA-ya istinadən bildirir ki, bu barədə Prezident Putin Federal Məclisə illik müraciəti zamanı danışıb.

"Onlar (Qərb) başa düşməlidirlər ki, bizim də onların ərazilərində hədəflərə zərbə vura biləcək silahlarımız var", - Rusiya dövlət başçısı bildirib.

Putin deyib ki, ruslar Qərbdən gələn "rusofobiya"nın qurbanıdır. O, ruslara qarşı belə yanaşmanı "ağılsızlıq" adlandırıb.

"Suveren, güclü Rusiya olmadan sabit dünya nizamı ola bilməz", - Putin əlavə edib.

"Rusiyaya müdaxilə etmək istəyənlərin üzləşəcəyi nəticələr keçmiş dövrlərlə müqayisədə daha faciəli olacaq. Ölkəmizə yeni müdaxilə cəhdləri nüvə silahının tətbiqi ilə genişmiqyaslı münaqişə təhlükəsi yaradır", - o, xəbərdarlıq edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR