İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Qərbi sui-qəsd planlaşdırmaqda suçladı - Kritik gəlişmə

1785 26.04.2022 12:09 Gündəm A A


Rusiya prezidenti Putin ABŞ, Avropa və Ukraynaya qarşı ittihamlar səsləndirib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya lideri bildirib ki, Ukraynanın rusiyalı jurnalistə planlaşdırdığı sui-qəsdin qarşısı alınıb. O, Qərbin Rusiyanı parçalamaq niyyətində olduğunu, Ukrayna probleminin isə bunu müharibə ilə həll etməyə çalışdığını bildirib.

Rusiya prezidenti Vladimir Putin ABŞ və Qərbi Rusiya cəmiyyətini parçalamağa çalışmaqda ittiham edib. Rusiya baş prokurorlarının geniş iclasındakı çıxışında Putin Ukraynadakı müharibədən danışıb.

Ukraynadakı neonasist birləşmələri və əcnəbi muzdlu döyüşçülərin beynəlxalq hüquq normalarını ən pis şəkildə pozduğunu bildirən Putin xarici media və sosial şəbəkələrin Rusiya ordusuna qarşı “açıq təxribatları”nın hərtərəfli araşdırma tələb etdiyini bildirib.

Putin Ukraynanın Qərbin köməyi ilə tanınmış rusiyalı jurnalistə sui-qəsd planlaşdırdığını açıqlayıb, lakin bunun Rusiya kəşfiyyatı tərəfindən qarşısı alınıb.
Bütün bunlarla bağlı Putin bildirib ki, qərb kəşfiyyat orqanlarında, o cümlədən MKİ-də Ukraynanın təhlükəsizlik qurumları ilə işləyən bütün əməkdaşları soyadına qədər tanıyır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR