İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin-Priqojin görüşünün ŞOK TƏFƏRRÜATLARI

4053 10.07.2023 15:13 Son xəbər A A

Xəbər verildiyi kimi, iyunun 29-da Rusiya prezidenti Vladimir Putin Kremldə Yevgeni Priqojin və “Vaqner” komandirləri ilə təxminən 3 saat danışıb.

Musavat.com xarici agentliklərə istinadən bildirir ki, dövlət başçısının mətbuat katibi Dmitri Peskov görüş barədə jurnalistlərə məlumat verib.

Bununla Kremlin sözçüsü qiyam hadisəsindən sonra Putinlə Priqojin arasında görüşün baş tutması barədə Fransanın “Liberation” qəzetində gedən informasiyaya aydınlıq gətirib.

“Bəli, prezidentin belə bir görüşü olub. O, 35 nəfəri Kremlə dəvət edib. Buraya bütün bölük komandirləri, o cümlədən Priqojinin özü daxil olub. Görüş iyunun 29-da Kremldə baş tutub və 3 saata yaxın davam edib.

Görüşün təfərrüatları məlum deyil, ancaq onu deyə bilərik ki, prezident orada Ukraynadakı hərbi əməliyyatlar zamanı şirkətin cəbhədəki fəaliyyətini, həmçinin 24 iyun hadisələrini dəyərləndirib”, - deyə Peskov söyləyib.

Dmitri Peskovun sözlərinə görə, Putin “Vaqner” komandirlərinin izahatlarını dinləyib və onlara işlə təmin olunmaq, gələcək döyüşlərdə istifadə üçün əlavə variantlar təklif edib.

“Komandirlər də baş verənlərlə bağlı öz versiyalarını prezidentə təqdim ediblər. Onlar dövlət başçısının, ali baş komandanın sadiq tərəfdarı və əsgəri olduqlarını, vətən uğrunda mübarizəyə davam etməyə hazır olduqlarını vurğulayıblar, - deyə Kremlin sözçüsü qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR