İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Paşinyanla görüşdə regionda təhlükəsizliyi müzakirə etməyi təklif edib

374 09.05.2024 00:33 Dünya A A

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə regionda təhlükəsizlik də daxil olmaqla, bütün münasibətlər spektrini müzakirə etməyi təklif edib.

“Report”un Rusiya bürosu xəbər verir ki, görüş Kremldə Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra keçirilir.

Putin qeyd edib ki, Avrasiya İttifaqı həm Ermənistan, həm də Rusiya üçün müsbət xarakter daşıyır.

“Avrasiya İttifaqı yeni çağırışlar, o cümlədən bəzi ölkələrin həyata keçirdiyi sanksiya siyasəti və beynəlxalq ticarətin bir çox əsas təməllərinin dağıdılması ilə bağlı problemlər qarşısında öz effektivliyini göstərib. Biz Avrasiya İqtisadi Birliyinin təsisatlarını və mexanizmlərini daim təkmilləşdiririk ki, bu da qlobal iqtisadiyyatdakı böhrana baxmayaraq, dəyişikliklərə uyğunlaşmağa və dinamik inkişaf etməyə imkan verir”, – Rusiya lideri vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR