İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin onunla Yaxın Şərqdəki vəziyyətdən DANIŞMAYIB - Kreml

866 20.10.2023 16:40 Son xəbər A A

"Rusiya ilə ABŞ arasında təmaslar Təhlükəsizlik Şurası vasitəsilə davam edir".

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenlə Yaxın Şərqdəki vəziyyətlə bağlı danışmayıb, lakin Təhlükəsizlik Şurası xətti ilə təmaslar gedir.

Kremlin sözçüsü Yaxın Şərqdə vəziyyətin yaxşılığa doğru dəyişmədiyini də söyləyib.

Qeyd edib ki, İsrail quru əməliyyatına başlasa, Qəzzada mülki şəxslər üçün risklər artacaq.

Peskov Putinin siyasəti ilə HAMAS-ın hərəkətlərini müqayisə edən Baydenin sözlərini də şərh edib. O, bunu qəbuledilməz adlandırıb.

"Putin dünyada məşhur olan siyasi liderdir, lakin prezident üçün ən önəmlisi rusiyalıların onun işinə verdiyi qiymətdir", - Kreml rəsmisi əlavə edib. (APA)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR