İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin köməkçisini İrana göndərdi

862 08.04.2023 19:37 Son xəbər A A

Rusiya prezidenti Vladimir Putinin köməkçisi İqor Levitin İrana səfər edib.

APA xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Levitin Şimal-Cənub dəmir yolu layihəsini müzakirə etmək üçün İrana gedib. Məlumatda o da bildirilib ki, Levitin İran paytaxtına iki günlük səfəri çərçivəsində İran rəsmiləri, o cümlədən İranın birinci vitse-prezidenti Məhəmməd Mohber və İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş ilə görüşlər keçirəcək.

Həmçinin əlavə olunub ki, Rusiya Prezidentinin köməkçisinin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə də görüşü nəzərdə tutulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR