İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Kadırovla Priqojinin yollarını ayırdı – Çeçenistan rəhbəri “Vaqner” başçısına qarşı çıxdı

1165 15.03.2023 10:35 Siyasət A A

Çeçenistanın rəhbəri Ramzan Kadırov Müdafiə Nazirliyini, nazir Sergey Şoyqunu, eləcə də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahını tərifləyib. 

O, bildirib ki, Rusiya hərbçiləri Ukraynada hərbi əməliyyatların “müdrik taktikasına” əməl edirlər.

"Biz hər mənada irəliləyirik. Mən Ukraynada sürətli hərəkətlərin tərəfdarı olsam da, Baş Qərargahın hazırkı taktikası çox düşünülmüş və ehtiyatlıdır", - Kadırov “Teleqram” kanalında yazıb. O, əlavə edib ki, “bizim döyüş hissələrimizin sıraları bir il əvvəlkindən qat-qat yaxşı vəziyyətdədir”. "Hər kəs öz yerində saat mexanizmi kimi rəvan və qüsursuz işləyir: iş adamları, bank işçiləri, Dövlət Dumasının deputatları, Prezident Administrasiyasının dövlət qulluqçuları, Hökumət, Baş Qərargahın zabitləri. Müdafiə naziri və onun müavinləri 24 saat döyüş növbətçiliyindədirlər. Hər şey yaxşıdır, millət, narahat olmayın”, - deyə Kadırov bildirib.

Xatırladaq ki, əvvəllər Çeçenistan rəhbəri Şoyqunu birbaşa tənqid etmədən, həm müharibə taktikasını, həm də ayrı-ayrı komandirləri, generalları dəfələrlə tənqid edib. Eyni zamanda, onun qiymətləndirmələri çox vaxt “PMC Vaqner”in yaradıcısı Yevgeni Priqojinin yanaşması ilə üst-üstə düşürdü. Hazırda Priqojin Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən açıq şəkildə Şoyqunun özünü fəal şəkildə tənqid etməkdə davam edir.

 

 
 
 
 

Ancaq Kadırov “haqq yoluna dönmüş” kimi görünür və artıq generalları yox, onları tənqid edənləri “vurmağa” başlayır. Bunu Kadırovun Priqojinlə yollarının ayrılması kimi şərh etmək olar: "Yüksək səviyyəli əlaqələrə malik olmaq o demək deyil ki, sosial şəbəkələrdə daxildə verilməli olacaq sualları səsləndirmək lazımdır. Birdən səhlənkar əsgərin şikayətləri olan videonu görəndə soruşmaq istəyirsən - sizcə, müharibə həmişə bolluq içində olur? Döyüşçü qışqırmaz. Döyüşçü problemi həll edər. Məsələnin həllini axtarmaq lazımdır, bir yerə toplaşıb xalqa müraciətlər yazmaq yox. Sursatınız bitib? Niyə yuxarı zabitləri onların tükəndiyini əvvəlcədən xəbərdar etmədiniz? Yaxşı döyüşçü heç bir səbəb olmadan döyüş sursatını tükəndirməz”.

Xatırladaq ki, son həftələrdə “Vaqner PMC”in rəhbəri Priqojin silah-sürsat, mərmi çatışmazlığından şikayətlənir.

Kadırovun bu yazısı bazar ertəsi axşam dərc edilib. Həmin gün səhər saatlarında isə onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü barədə məlumat yayılıb. Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri qeyd edirlər ki, Çeçenistan rəhbəri bu görüşdən çeçen döyüşçülərinin cəbhədəki rolunu qabartmaq üçün istifadə edib və Putinin müsbət reaksiyasına nail olub. ISW-nin məlumatına görə, Çeçenistandan olan döyüşçülər indi cəbhə xəttində “minimal rol” oynayır və arxa cəbhədə daha fəal iştirak edirlər. “Kadırov buna görə də Putinin rəğbətini itirməkdən qorxa bilərdi, çünki o, böyük uğur nümayiş etdirə bilmədi”, - ISW qeyd edir.

Təşkilatın bazar ertəsi yaydığı hesabatda qeyd edilib ki, Baxmut yaxınlığındakı “Vaqner PMC”nin məhbuslardan və muzdlulardan ibarət ordusunda itkilərin artması Yevgeni Priqojinin tərəfdarlarını qorxuda bilər: “Priqojinin süqutu çox güman ki, Kadırov kimi digər şəxsləri qorxudacaq və onlar “Vaqner” rəhbərinin taleyini yaşamamaq üçün öz ambisiyalarını mülayimləşdirməyə məcbur olacaqlar".

Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsində özünü “Putinin əsgəri” kimi qələmə verən Kadırov xeyli vaxt açıq şəkildə Priqojini dəstəklədiyini nümayiş etdirib. Üstəlik, onların strukturları birgə əməkdaşlıq ediblər. O da məlumdur ki, Çeçenistandan müharibəyə göndərilən “könüllülər” sonda “Vaqner PMC”də peyda olurlar. Lakin belə görünür ki, Putin bu iki yarıkriminal hərbi qrupla

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR