İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Həbib Nurməhəmmədova dəyəri milyonlarla dollarla ölçülən mənzil hədiyyə edib

1606 23.02.2024 02:09 İdman A A

UFC-nin rəhbəri Dana Uayt verdiyi sonuncu açıqlama ilə diqqət mərkəzinə düşüb.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putin Həbib Nurməhəmmədovu irlandiyalı Konor Makqreqor üzərində qələbədən sonra yüksək məbləğdə hədiyyə ilə mükafatlandırıb.

“O, döyüşdən dərhal sonra, soyunub-geyinmə otağına hələ çatmamış, Vladimir Putin artıq ona zəng etmişdi. Vladimir Putin ona və atasına Rusiyada təxminən 20 milyon dollar dəyərində daşınmaz əmlak hədiyyə etdi” – UFC rəhbəri söyləyib.

Xatırladaq ki, Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında baş tutan döyüş 2018-ci ilin oktyabr ayında baş tutub. H.Nurməhəmmədov dördüncü raundda rəqibi Konor Makqreqoru boğucu fəndlə təslim olmağa məcbur edib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR