İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin deyilsə, bəs kim?

1696 16.03.2024 10:00 Yazarlar A A
İlk yayımlanma zamanı - 15.03.2024 (18:43)

Ukraynanı Əfqanıstanla, günəşi  küləşlə dəyişik salan birisi ABŞ-dakı  prezident seçkisində yenidən namizəddirsə,  o niyə postunu qoyub getməlidir...    

Martın 15-17-də 112 milyondan çox seçici yaxın 6 ildə Rusiyaya rəhbər şəxs seçəcək. Etirazlar var, seçki məntəqəsinə “Molotov” kokteyli də atıblar, rəngləndirici maddə ilə seçki qutusuna hücum da ediblər. Qərb istərdi ki, seçkidə məsələn, Yeltsin kimi biri qalib gəlsin, onun sərxoş halına baxıb gülsünlər, ölkəni içəridən zəiflətsinlər, son nəticə olaraq   dağıtsınlar. 20 il keçib, Putin hələ də deyir ki, Qərb hakimiyyətin zəifliyindən istifadə edib Yeltsini NATO-nun genişlənməyəcəyi məsələsində aldadıb və sairə. İndi seçkidə ən şanslı namizəd hesab olunan Putin son iki onillikdə dünya siyasətində ən önəmli fiqurlardan biri olaraq qalır. Beş il əvvəl Rusiyadakı konstitusiya islahatları Putinin yeni prezidentlik müddətinə hazırlıq olduğu aydın idi. Kreml o vaxt vacib şərt qoymuşdu: Putinin seçkidə iştirakı beynəlxalq vəziyyətdən asılı olacaq.

b463a7c3259ab9a35d8bcb891d63e7c6.jpg (86 KB)

Əgər “siyasi barometr” sakitliyə uyğun dəyərlər göstərsə, o zaman Putin öz missiyasını başa çatmış hesab edə və Kremli etibar etdiyi varislərindən birinə verə bilərdi. Amma Ukrayna müharibəsi dünyada və Rusiyada elə bir geosiyasi tufan qopardı ki, Putin “bu dəfə də qalıram” dedi. Ukrayna müharibəsi olmasaydı, seçkiyə qatılacaqdımı, dəqiq söyləmək mümkün deyil. Rusiyada siyasət də, seçki də, hakimiyyətdə qalmaq metodları da  fərqlidir. Putin bu sarıdan işini möhkəm tutub, ölkə idarəetməsini sərtləşdirib, seçkiləri Kremlin maraqlarına uyğun keçirib, müxalifəti sıradan çıxarıb və sairə... Amma o da aydındır ki, Putini indilikdə nə əvəz edə biləcək lider vardı, nə ona qalib gələ biləcək müxalifət. 

Putin həm də hiss edir ki, indi onun üçün geniş siyasi meydan var, qarşısına keçib onu masada məğlub edə biləcək Qərb lider yoxdur. Onlar Putinə “dəli” deyirlər, amma bunun belə olmadığını bilirlər. Ukrayna müharibəsi dünyada əsl lider(lər) qıtlığı olduğunu bir daha göstərdi. Bəziləri hətta savadsızlığı ilə təəccübləndirdi. Biri Voroneji Ukraya ərazisi sayaraq işğal olunduğunu dedi, başqa bir baş nazir nüvə silahını işə salmaq üçün düyməni basmağa hazır olduğunu... Digər biri Rusiyanı Ukrayna müharibəsində “360 dərəcə dönməyə” çağırdı. Bu nəhəng dövlətin xarici işlər naziri anlamırmış ki, 360 dərəcə dönmə əvvəlki vəziyyətinə qayıtmaqdır. Başqa bir superdövlətin lideri isə uzun müddətdir ki, xəyali adamlarla “salamlaşır”, Ukraynanı Əfqanıstanla, günəşi  küləşlə dəyişik salır. Hələ  belə birisi növbəti prezident seçkisində yenidən namizəddirsə, Putin niyə postunu qoyub getməlidir ki? Uzaq Argentinada əlindəki motopilə ilə hakimiyyətə gələn avantürist Xavyer Mileyi, Niderlandakı  parlament seçkilərində Quranı yandırmağa haqq qazandıran islamafob Qeert Vildersin qələbəsini də xatırlamaq olar. Müasir Qərb siyasətçisi uzaq yox, cəmi 30 il əvvəlkilərdən çox fərqlidir. Onların bir çoxu müstəqil lider deyil, sadəcə, öz dövlətində siyasi cəhətdən icraçı olan ixtisaslaşmış avatarlardır.

52018_original.jpg (77 KB)

Rusiyanın qarşısında dirənən, ilana (Ermənistana) zəhər verən Fransa prezidenti Makron bir ayrı bəla, onun baş naziri və  xarici siyasətinə  rəhbərlik edən kişilər bir-birləri ilə evlidirsə,   Şarl de Qoll məzarında necə rahat yata bilər? Bu Qərb “dəyərlərinə” sayğısızlığım deyil, özləri bilər, amma gəl ki, Makron başqalarına  kişilik dərsi keçmək, racon kəsmək istəyir, son olaraq ki, Putinə “qırmızı xətt” söhbəti edib. Söhbət isə ondan getməlidir ki, əgər dünyada ağıllı siyasətçilər çox olsaydı, bu müharibə olmaya da bilərdi. İndi o səbəbdən iki ildir bilmirlər necə etsinlər, necə davam etsinlər, ya da necə bitirsinlər...

yazının son abzasına.jpg (451 KB)

Azərbaycan ötən ilin sentyabrında ərazi bötüvlüyünü tam təmin etsə də, bölgədə dayanaqlı sülhdən danışmaq hələ ki, mümkün deyil,  regionumuzda potensial gərginliklər var. Biz sərhədlərimizin müdafiəsinə daha çox diqqət yetirməliyik. Yaxın aylarda bölgədə Ermənistan-Rusiya  gərginliyi daha da arta, çox ciddi hərəkətlənmələr ola bilər. O zaman Putinə də, Əliyevə də, Ərdoğana da ciddi ehtiyac duyulacaq...

Nazim SABİROĞLU,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR