İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin darmadağın oldu: rus general öldürüldü, ƏMƏLİYYAT hazırlanır – Fəhmin Hacıyevlə CANLI

1680 11.07.2023 13:35 Siyasət A A

"Vaqner" rəhbəri Yevgeni Priqojinin iyun üsyanı Rusiya Prezidenti Vladimir Putinin imicinə xələl gətirdi və indi o, bunu bərpa etmək üçün mübarizə aparır.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov danışıb.

O qeyd edib ki, hazırda Rusiyada prezidentin imicini bərpa etmək üçün bir növ “xüsusi əməliyyat” davam edir.

Kəşfiyyat rəsmisi onu da qeyd edib ki, vaqnerçilər üçün heç bir nəticə olmayıb, bu da kifayət qədər maraqlıdır:

"Priqojinin muzdluları rus təyyarələrini vurdular, Moskva vilayətinə yollandılar və demək olar ki, heç bir müqavimətlə qarşılaşmadılar. Amma onlara qarşı bütün cinayət işləri bağlanıb".

"Təbii ki, Putin hər şeyin qaydasında olduğunu göstərmək üçün çox çalışmalı olacaq. Ancaq hər kəs nəyin səhv olduğunu bilir. Nə qədər rayonları gəzib-dolaşsa da, nüfuzunu bərpa edə bilməyəcək. Hər şeyə qadir Putinin obrazı məhv edilib. İndi Rusiya rejimi diktatorun imicini bərpa etmək üçün böyük vəsait sərf edəcək", - Yusov vurğulayıb.

Rusiya ordusunun general-leytenantı Oleq Tsokov Ukraynada davam edən döyüşlərdə öldürülüb. Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko Teleqramda yazıb.

O bildirib ki, general müvəqqəti olaraq işğal olunmuş Berdyansk bölgəsində məhv edilib:

“Həmin general 2022-ci ilin sentyabrında da yaralanmışdı”.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” veriliuşində izləyə bilərsiz. Qonağımız Daxili Qoşunlaırn eks baş komandanı Fəhmin Hacıyev olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR