İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin bu tarixdə hücuma keçəcək, ruslar ölkədən qaçmağa başladı - Qabil Hüseynli ilə CANLI

1408 21.09.2022 15:50 Gündəm A A

Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra ölkədə xaricə bilet satışlarının sayı kəskin şəkildə artmağa başlayıb. Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, artıq Bakı, Astana, Bişkek, Daşkənd, İstanbul, Tiflis və İrəvana olan biletlərin satışında kəskin artım qeydə alınıb. Hətta, bəzi şəhərlərə olan biletlər də bitib.

Məlumatlar var ki, Rusiya yeni hücuma sentyabrın 27-dən sonra başlayacaq. Buna qədər isə 23-27 sentyabr aralığında referendum keçirəcəyi Xerson, Zaparojye, Donetsk və Luqanskda təhlükəsizlik tədbirləri görüləcək.

Putin də bəyan edib ki, referendumun təhlükəsiz şəraitdə keçirilməsi üçün bütün mühafizə tədbirləri həyata keçiriləcək. Rusiya bundan sonra əməliyyatları gücləndirəcək və Donbasın tam işğalını, ardınca ilhaqını rəsmiləşdirməyə çalışacaq.
Artıq 300 minlik ordunun səfərbər edilməsi plandadır və Moskva bildirir ki, yeni qüvvələr mərhələli şəkildə döyüşlərə cəlb olunacaq. Deməli, Ukrayna müharibəsi davam edəcək. Bəs, birləşmiş Qərbin cavabı nə olacaq?

TVMusavat-ın saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində professor Qabil Hüseynli Putinin açıqlamalarını, bu savaşın bizim üçün açdığı yeni imkanları təhlil edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR