İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin “bronejilet” geyinir-Qərb nəşri

1616 05.06.2024 00:46 Dünya A A

Rusiya prezidenti dünya liderlərinə artan təhlükədən necə qorunur?

“Rusiya prezidenti Vladimir Putin açıq havada keçirilən tədbirlərdə paltarının altına gülləkeçirməz jilet geyinməyə başlayıb. Mühafizə xidməti ona bunu etməyi ciddi şəkildə tövsiyə edib”.

Musavat.com xəbər verir ki, bu barədə “The Moscow Times” qəzetinin materialında deyilir.
Belə tədbirlərdə prezidenti yaxından görən nəşrin həmsöhbətləri onun ən azı 2023-cü ildən bədən gülləkeçirməz jilet geyindiyini iddia edirlər. Təhlükəsizlik eksperti “The Moscow Times” xahişi ilə Moskvada 9 May Qələbə Paradından Putinin videosunu araşdırıb və onun paltosunun altında güllə keçirməyən jilet geyindiyini iddia edib.

Materialda Federal Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi digər təhlükəsizlik tədbirlərindən də bəhs edilir. Şəxsi aşpazlar Putinlə birlikdə uçurlar, lakin işçilərdən ibarət xüsusi qrup bütün yeməkləri yeməzdən əvvəl yoxlayır. Putinin ətrafındakı mühafizəçilər diplomat çemodan kimi qatlanan zirehli qalxanlara sahibdirlər.

Nəşr iddia edir ki, prezidentin təhlükəsizlik xidməti bütün dünyada siyasətçilərə qarşı silsilə hücumlardan, o cümlədən 2022-ci ildə Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin öldürülməsindən və Slovakiyanın baş naziri Robert Fikoya qarşı sui-qəsddən sonra Putinin təhlükəsizliyindən narahatdırlar. 

3cc664c45fa2a975c698bae0b93347cd.jpg (313 KB)

Digər risklər arasında Rusiyanın Ukraynaya müdaxiləsi, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Putinə qarşı həbs qərarı və radikal islamçıların mümkün hücumları daxildir.

"Vladimir Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir". Bunu isə bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya" kanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya liderinin təhlükəsizliyi, o cümlədən səfərlər vaxtı qida qəbulu zamanı etibarlı şəkildə təmin edilir.

“Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi ilə əlaqədar Vladimir Putinin təhlükəsizliyini təmin etmək üçün əlavə təhlükəsizlik tədbirləri tətbiq olunmayıb. Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyi ənənəvi qaydada təmin olunur” deyə, Peskov bildirib. O bildirib ki, Rusiya Prezidentinin təhlükəsizliyi müvafiq normativ-hüquqi sənədlərə uyğun şəkildə təşkil edilir və hələlik bu məsələdə hər hansı dəyişiklik nəzərdə tutulmur. 

SAS-1-1649870005.jpg (116 KB)

Qərb nəşrləri xüsusilə Ukrayna müharibəsindən sonra bu mövzuda xeyli yazılar dərc ediblər. İddia olunur ki, Putinin mühafizəsi 4 halqadan ibarətdir. Birinci halqaya ən yaxın şəxsi mühafizəçilər daxildir. İkinci halqadakılar "mülkilərdir". Yəni bir tədbir zamanı camaata qarışanlardır.Üçüncü halqada olanlar onu əhatə edir və hər kəsin yaxınlaşmasına mane olurlar. Son halqadakılar snayperlər və ya hava hücumundan müdafiə sistemlərini idarə edən komandadır.CNN-in iddiasına görə, 24 saat ətrafını tərk etməyən Putinin mühafizəçiləri Rusiya Federal Təhlükəsizlik Xidmətinə bağlıdır. Bundan əlavə, Rusiya Silahlı Qüvvələrindən müstəqil olan “Rosqvardiya” komandası da dəstək verir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR