İnsanlara hürriyət, millətlərə istiqlal!

Proses sülhə aparır və Ermənistanın başqa yolu yoxdur- ŞƏRH

546 22.09.2023 16:58 Siyasət A A

 

“Hələ də bəzi ermənilər mübarizəni davam etdirəcəklərini bildirirlər”. 

Bunu Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev  deyib. O bildirib ki, Azərbaycanın əsas hədəfi inzibati nəzarətə nail olmaq idi: “Qərb ölkələrinin etnik təmizləməyə dair ittihamları fonunda təmkinli davranmağa ehtiyac var. Müqavimət göstərənləri nəzərə almasaq, tərk-silah prosesi demək olar ki, başa çatıb. Biz Qarabağdakı “hökumətin” buraxılmasını da yaxın zamanda görəcəyik. Azərbaycan bayrağı hər yerdə dalğalanacaq. “Xankəndinə nə zaman daxil olacağıq?” sualını verənlər var. Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontingenti ilə danışıqlar aparılır. Onlar erməni əhalisinin təhlükəsizliyini 2025-ci ilə qədər təmin edəcək. Proses davam edir”.

F.Şəfiyev hesab edir ki, Ermənistanın Paşinyanın timsalında prosesə müdaxilə etməməsi müsbət haldır:“Paşinyanın açıqlamalarına diqqət etsək, bu, sülhə doğrudur. Hüquq müstəvisində isə Azərbaycana hücumlar davam edir. Bütün problemlərin həll ediləcəyini gözləmək sadəlövhlük olardı. Əsas məsələ Ermənistanla sülh müqaviləsinin imzalanması, Qarabağda mövqelərin gücləndirilməsidir. Ermənistan başqa yolu seçsə, uduzacaq”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR