İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokuror idman zalındakı qətlə görə ağır cəza istədi

1069 09.12.2022 18:47 Kriminal A A

 

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan  Əli Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatmaq üzrədir.

Musavat.com xəbər verir ki, ittihama görə Əli Abbasov Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən həmin zalda idman edən 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibov ilə bir-birilərinə baxmaq səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu ona sağlamlığına qısa müddətdə pozulmasına səbəb olan  yüngül  bədən xəsarətləri yetirib. Bundan sonra o, qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovu üzərində gəzdirdiyi bıçaq ilə  döş qəfəsinin sol yan nahiyəsindən xəsarətlər yetirərək qəsdən öldürüb.

Əli Abbasov əvvəl Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilib. Dövlət ittihamçısı bu maddənin sanksiya tələbinə uyğun olaraq ona cəza istəyib. Bundan sonra zərərçəkmiş tərəfin vəsatəti əsasında onun əməlində daha ağır cinayətin olma şübhəsi olduğu üçün iş prokurora geri qaytarılıb.

Yenidən aparılan araşdırma sonrası Əli Abbasova

Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham verilib. Ötən prosesdə dövlət ittihamçısı çıxış edərək Əli Abbasovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses dekabrın 18-də davam edəcək.

 

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR