İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojin AÇIQLADI: Bu yer itirildi, Şoyqu, biabırçılıqdır! CANLI

2243 05.06.2023 15:04 Gündəm A A

İyunun 4-də Ukrayna Silahlı Qüvvələri genişmiqyaslı hücuma cəhd etdi. Tədricən, gün ərzində Ukrayna ordusu zərbə və hücum təzyiqlərini artırdı. Beş dəfə zərbə endirildi.

Zərbələrin ümumi istiqaməti “dxr”in cənubunda Voqledar bölgəsinə, eyni zamanda, Mariupoldan Azov dənizinə qədər uzanırdı.

Rusiyanın Azadlığı Legionu gecə boyunca Şebekinoda gedən döyüşlərdə sərhəd-buraxılış məntəqəsi yaxınlığında PUA zərbələri ilə rus ordusunun 2 tank, 1 BMP-3 və 1 BRDM-ni məhv edib. “Truxa Ukrayna” Teleqram kanalı görüntü paylaşıb.

Rusiyanın qərbində yerləşən Kaluqa vilayətinə iki dron düşüb. Vilayət qubernatoru Vladislav Şapşa məlumat yayıb. O bildirib ki, qəzaya uğrayan dronlar Jidra və Duminçi şəhərləri arasında yerləşən magistral yola düşüb. Şəhərlər paytaxt Moskvadan bir neçə saat məsafədə yerləşir. Qəza nəticəsində partlayış olmayıb, ərazi mühasirəyə alınıb.

“Ukrayna yaydakı əks-hücum əməliyyatında “F-16” qırıcılarından istifadə etməyəcək”. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, ölkəsi bu payız və ya qışda “F-16”ların yerləşdirilməsinə hazır olacaq. Nazir deyib ki, Kiyev bu döyüş təyyarələrinə texniki qulluq, təmir üçün mühəndis və texniki heyətlə təminat üzrə tərəfdaşları ilə danışıqlar aparacaq.

Rusiya ordusu Baxmutun şimal-qərbində yerləşən Berxovka kəndinə nəzarəti itirib. “Vaqner”in rəhbəri Yevgeni Priqojin deyib. Onun sözlərinə görə, Ukrayna ordusunun əks-hücumu nəticəsində ruslar Berxovkadakı yüksəklikləri itiriblər:
“Biabırçılıq! Şoyqu, Gerasimov, sizi cəbhəyə gəlməyə çağırıram. Siz bunu bacararsınız. Əgər bacarmasanız, o zaman qəhrəman kimi ölün”.

Qeyd edək ki, Kreml Ukraynanı Rusiyaya dron hücumları həyata keçirməkdə ittiham edir. Rəsmi Kiyev isə bu iddiaları təkzib edir.

TVMusavat-ın saat 15:00-da canlı efirində aparıcı Emil Salamoğlu siyasi ekspert Turab Rzayevlə söhbətləşirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/channel/UCtvU8QAYnxFG


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR