İnsanlara hürriyət, millətlərə istiqlal!

“Prezidentin Şuşadan açıqlamalar verməsi müxtəlif mərkəzlərə mesaj idi” -Elxan Şahinoğlu

383 04.05.2023 15:41 Son xəbər A A

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşintonda müzakirələr apararkən Prezident İlham Əliyevin Qarabağdan – Şuşadan açıqlamalar verməsi müxtəlif mərkəzlərə mesaj əhəmiyyət daşıyırdı”. Bu barədə politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib.

E.Şahinoğlu qeyd edib ki, birincisi, İlham Əliyev Vaşinqton görüşündən nəticə çıxma ehtimalının yüksək olmadığına işarə etsə də, danışıqların intensivləşməsini müsbət gedişat kimi qiymətləndirdi. Prezident İlham Əliyev keçmiş açıqlamalarında da Vaşinqtonun vasitəçiliyini müsbət qiymləndirib. Bunun üçün ciddi əsaslar var: «Vaşinqton bölgədə sülh və əməkdaşlıq istəyir. Bu Azərbaycanın da maraqlarına cavab verir. Ancaq sülhə nail olmaq üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanıması vasibdir. Bu olarsa sülhə yaxınlaşacağıq, olmasa gərginlik davam edəcək. Sülh sazişi birinci növbədə Ermənistana lazımdır. Azərbaycan Ermənistanla sülh sazişi olmadan da hədəflərinə çatmaq üzrədir və bunu İlham Əliyev Şuşada bir daha vurğuladı”.

Politoloqun sözlərinə görə, İlham Əliyev Şuşadakı açıqlamalar vasitəsilə Ermənistan siyasi dairələrinə və cəmiyyətinə növbəti mesajını göndərdi ki, Azərbaycan torpaqlarının işğalı üzərində bölgədə sülh və sabitliyə nail olmaq mümkün deyildi. Ermənistanın siyasi dairələri bunu daha əvvəl anlayaraq işğaldan vaz keçsəydi müharibə olmaya da bilərdi. Ancaq Ermənistan fərqli yol seçdi və keçmişdə işğal yolu ilə əldə etdiklərini itirdi: “Demək işğalın Ermənistana xeyri olmadı, onun üçün böyük zərəri oldu. Ermənistan illərlə danışıqları uzatmağa çalışdı və bu işdə onda açıq-aşkar ATƏT-in Minsk Qrupu kömək etdi. İlham Əliyev Şuşadakı çıxışında bu mənasız qrupu bir daha tənqid etdi və həmsədrlik institunu tarixin arxivinə göndərdiyini bildirdi. Minsk Qrupu artıq yoxdur və elə həmsdər dövlətlər də qrup məsələsində israr etmirlər, çünki aktuallığını itirib, Qarabağ mövzusuna heç kim qarışa bilməz”.

E.Şahinoğlunun qənaətinə görə, Prezident İlham Əliyev Şuşadakı çıxışında Azərbaycanın İranla münasibətlərinin indiki vəziyyətini analiz edib: “Dövlət başçısı gərginliyə Tehranın Azərbaycana qarşı təxribatçı siyasətinin rəvac verdiyini bildirdi. Həqiqətən Tehran İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı təxribatların miqyasını artırıb, sanki torpaqlarımızın işğaldan azad olunması İranın maraqlarına cavab vermirdi. İlham Əliyevin qərarıyla Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb. Başqa cür ola da bilməzdi. Dövlət başçısı məlum terrordan sonra diplomatlarımızın və onların ailələrinin təhlükəsizliyini düşünərək səfirliyinin fəaliyyətini dayandırmaq barədə qərar verib. Səfirliyin yenidən açılması üçün hələ əsas yoxdur. Çünki Tehranın terrorla bağlı araşdırması barədə məlumat yoxdur, tələbəmiz orada itib, ondan da məlumat yoxdur. İlham Əliyev İrandan Bakıya edilən zənglərə də toxunaraq bildirdi ki, münasibətlərin normallaşması barədə fikir mübadiləsi aparılıb. Azərbaycan münasibətlərin normallaşmasını istəyir. Ancaq bunun üçün Tehran addım atmalıdır, bu addmlar yoxdur. İlham Əliyev onu işarə etdi ki, zəruri addımlar atılmadan münasibətlərin normallaşması mümkün deyil. Seçim Tehranındır”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR