İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin köməkçisi: “Qarabağdakı erməni hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu”

439 20.09.2023 17:31 Siyasət A A

“Qarabağdakı erməni hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunun təmiri reinteqrasiyanı vəd edir: "Ancaq Qarabağdakı erməni hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu. Ona görə də Azərbaycan Ordusu məhdud, lokal antiterror tədbirləri keçirməli oldu. Azərbaycan Ordusu həssaslıqla davrandı, mülki obyektlərə zərbə endirmədi. Bir daha demək istəyirəm ki, antiterror tədbirləri lokal və məhdud şəkildə həyata keçirildi”.

H.Hacıyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə də lazımi məlumatları vermişdi: “Azərbaycan antiterror tədbirlərinin məqsədini açıqladı. Biz təkliflərimizi verdik və prosesin dayanması barədə razılıq əldə olundu. Artıq erməni silahlıların tərksilah olunması barədə Azərbaycana zəmanət verilib".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR