İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin işdən çıxardığı Mirsənani Seyidov KİMDİR?... - DOSYE

5251 17.11.2023 13:55 Son xəbər A A

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naxçıvan şəhərinin icra başçısı Mirsənani Seyidov vəzifəsindən azad edilib.

Musavat.com xəbər verir ki, Modern.az işdən çıxarılan icra başçısının dosyesini araşdırıb.

Məlum olub ki, Mirsənani Seyidov 2018-ci ildə icra başçısı təyin edilib. O, bu vəzifədə Vüqar Səfərovu əvəz edib.

Seyidov əvvəllər Naxçıvan Ali Məclisinin Aparatında şöbə müdiri, daha sonra Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri işləyib.

Qeyd edək ki, onun yerinə hələlik təyinat yoxdur. Konstitusiyanın 141-ci maddəsinə görə, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR