İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin dünyaya səs salacaq çıxışı - dörd mühüm tezis 

1039 07.07.2023 08:52 Siyasət A A

Azərbaycan Prezidentinin qaldırdığı məsələlər əslində təkcə bizim regionun deyil, eyni zamanda bütün dünyanın qarşısında duran problemləri əhatə edir

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə Prezident İlham Əliyevin çıxışının əsas tezisləri və verilən mesajlar diqqət mərkəzindədir. Prezidentin BMT Təhlükəsizlik Şurasının hazırkı formasını keçmişin qalığı adlandırması, qurumun bəşəriyyətin gözləntilərinə cavab vermədiyini, təşkilatda ciddi islahatların qaçılmazlığını xüsusi vurğulaması, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi barədə təklifləri indi dünyada da ən aktual mövzulardan biridir. 

Daha bir əsas tezis özünü insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın soyqırım cinayətlərində iştirakını, rəsmi Parisin irqçi və neokolonializm siyasətini, başqa dövlətlərin işlərinə kobud müdaxilə cəhdlərini kəskin pisləməsi də indi ən çox müzakirə olunan mövzulardan biridir ki, Prezident bu barədə də qəti mövqeyini ortaya qoydu.

Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və  müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübənin tətbiqinə çalışdığını, bu dövlətin öz müstəmləkə keçmişinə, qanlı soyqırımı cinayətlərinə görə Qoşulmama Hərəkatına üzv olan Afrika və Cənub Şərqi Asiya ölkələrindən üzr istəməli olduğunu bəyan etməsi Azərbaycan liderinin üstün siyasi-diplomatik bacarığının, Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq siyasətə yüksək təsir gücünün növbəti aydın təzahürü idi.

Dövlət başçısının xüsusi toxunduğu daha bir aktual mövzu isə dünyada islamofobiyanın və ksenofobiyanın artması, habelə islamı zorakılıq və terrorla eyniləşdirmək cəhdləri oldu. Prezident bu kontekstdə Danimarkada, Niderlandda, İsveçdə Quranın yandırılmasını və buna söz azadlığı bəhanəsi ilə bəraət qazandırılmasını pisləyib.

Ermənistanla münaqişənin nizamlanmasına toxunan Prezident İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazisində hələ də erməni silahlı qüvvələrinin qalıqları var. Dövlət başçısı əlavə edib ki, Ermənistan həqiqətən regionda çoxdan gözlənilən sülhə nail olmaqda maraqlıdırsa, “onun silahlı qüvvələri Azərbaycanın Qarabağ regionunu tamamilə tərk etməlidir. Erməni hərbiçiləri və yerlərdəki hərbi (qanunsuz) birləşmələr tərk-silah edilməli və tərxis olunmalıdır”.

Prezident İlham Əliyev həmçinin Ermənistanı 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərini pozaraq, Zəngəzur dəhlizinin açılmasına mane olmaqda ittiham edib.

Azərbaycan Prezidentinin qaldırdığı məsələlər əslində təkcə bizim regionun deyil, eyni zamanda bütün dünyanın qarşısında duran problemləri əhatə etdi sayıla bilərmi?

Daha bir deputatın statusu gülüşə səbəb oldu - FOTOFAKT

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, Prezidentin qaldırdığı məsələlər əslində təkcə bizim regionun deyil, eyni zamanda bütün dünyanın qarşısında duran problemləri əhatə edir və beynəlxalq ictimaiyyət bu məsələlərə diqqətlə yanaşmalıdır: “İki gün davam edən növbəti beynəlxalq tədbirə ev sahibliyi edən Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda tədbirin əhəmiyyəti böyükdür. İlk növbədə bu tədbir Azərbaycanın dünya birliyində nüfuzunun artması istiqamətində uğurlu addım sayılmalıdır. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə beynəlxalq qurumun sədrliyini həyata keçirməyə başlayıb. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə böyük etimad göstərilmişdi. Qoşulmama Hərəkatına sədrlik və belə mötəbər tədbirlərə ev sahibliyi etmək ölkəmizin qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına sədrlik etməklə bir sıra bəşəri əhəmiyyətli ilklərə imza atıb. Bakıda keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışında qaldırılan məsələlər isə həm regionun, həm də dünyanın gələcəyi, dünyada sülh və sabitliyin təminatı istiqamətində qaldırılan mühüm məsələlər oldu. Cənab Prezident Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə bir çox fundamental məsələlərə toxundu. Eləcə də Ermənistana xəbərdarlıq da çıxışda xüsusi diqqətə alınmalı məsələ idi.

Prezident mötəbər kürsüdən dünya birliyinin nəzərinə çatdırdı ki, Ermənistan hökuməti bu günə qədər 10 noyabr bəyannaməsinin 4-cü bəndini icra etmir. Həmin 4-cü bənd də qeyri-qanuni erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını nəzərdə tutur. 3 ilə yaxındır ki, müharibə bitib, lakin bu bənd hələ də icra olunmur. Həmin erməni dəstələri təxribatlar törətməklə hələ də bölgədə ciddi təhlükə mənbəyidir. Özü də bu təxribatlar Rusiya sülhməramlılarının gözləri qarşısında həyata keçirilir. Ona görə də Cənab Prezident baş verə biləcək bütün neqativ hadisələrə görə Ermənistan və onun havadarlarının məsuliyyət daşıyacağını dünyaya mötəbər kürsüdən çatdırmış oldu".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR