İnsanlara hürriyət, millətlərə istiqlal!

“Prezidentə sülh sazişi imzalamaq səlahiyyəti verək” - Qüdrət Həsənquliyev

695 08.12.2023 11:56 Siyasət A A

Milli Məclisin iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev əvvəlcə növbədənkənar seçki qərarına münasibət bildirdi.

 “Həqiqətən yeni seçkilərin elan olunmasını ölkəmizdə sabitliyə, təhlükəsizliyə töhfə verəcək, islahatlara və inkişafa yol açacaq bir hadisə kimi qiymətləndirmək istəyirəm”, - deyə deputat inamını ifadə etdi.

Musavat.com-un məlumatına görə Q.Həsənquliyev ardınca “ümid edirəm ki, bu seçkilərdən sonra Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoymaq imkanı əldə edəcək”,-deyə vurğuladı.

Sülh prosesindən danışan deputat qeyd etdi ki, Ermənistanla bizim aramızda müəyyən razılaşmanın əldə olunmasını, hərbi əsirlərin geri qaytarılmasını müsbət hadisə kimi qiymətləndirir: “Hesab edirəm ki, bu həqiqətən də Ermənistanla bizim aramızda sülh sazişinin imzalanmasına töhfə verə bilər. Amma konstitusiyamıza görə, Azərbaycan Respublikasının Milli Məclisi sülh sazişinə razılıq verməlidir. Azərbaycan Respublikasının prezidenti konstitusiyanın 109-cu maddəsinin 7-ci bəndinə görə, dövlətlərarası və hökumətlərarası müqavilələr imzalaya bilər. Amma sülh sazişi beynəlxalq müqavilənin xüsusi növü olduğuna görə, onun əhəmiyyəti nəzərə alınaraq konstitusiyada onun Milli Məclisin razılığı ilə edilməsi nəzərdə tutulur. Ona görə də, təklif edirəm ki, yaxın vaxtlarda Xarici İşlər Nazirliyinin, Prezident Administrasiyasının nümayəndələrinin də iştiraklı ilə belə bir müzakirələr keçirilsin və biz Azərbaycan Respublikasının prezidentinə sülh sazişi imzalamaq səlahiyyəti verək”.

E.Paşasoy,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR