İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident: "Razılaşdırmadan “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır"

1881 06.09.2023 18:14 Siyasət A A

Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə telefon danışığı zamanı bildirib.

Azərbaycan Prezidenti Ermənistanın bu kimi siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bildirib.

Dövlətimizin başçısı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırıldığını, lakin qanunsuz separatist rejimin bundan imtina etdiyini bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR