İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyevin Zəfər Qurultayındakı nitqi Moldovanın nüfuzlu KİV-i tərəfindən geniş işıqlandırılıb FOTO

291 23.04.2022 17:56 Gündəm A A

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayındakı nitqi Moldovanın nüfuzlu KİV-i tərəfindən geniş işıqlandırılıb.

Moldovanın “Tribuna”, “Noi”, “TV 8” xəbər portallarında AZƏRTAC-ın xəbərlərinə istinadla dövlətimizin başçısının nitqindən əsas məqamların təqdim olunduğu məqalələr dərc edilib.

Məqalələrdə Prezident İlham Əliyevə istinadla qeyd olunur ki, Minsk qrupu faktiki olaraq 2019-cu ildən iflic olub. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməmişdi. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, o, məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdı.

Daha sonra dövlətimizin başçısının Zəfər Qurultayındakı nitqinə istinadla vurğulanır: “Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR