İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyevdə olan səmimiyyət Emmanuel Makronda yoxdur - Ella Tokoragi

556 05.07.2023 15:01 Son xəbər A A

Azərbaycan Prezidenti İlham Əliyevin iclasda çıxışı, səsləndirdiyi fikirlər səmimi idi. Fransa Prezidenti Emmanuel Makronda bu səmimiyyət yoxdur.

Bu barədə Trend-ə özəl açıqlamasında Tahiti nümayəndəsi Ella Tokoragi deyib.

“Hər şeydən öncə Azərbaycana dəvəti üçün təşəkkür edirəm. Buraya ilk gəlişimdir və çox gözəl qarşılandıq. Prezident İlham Əliyevin çıxışı zamanı Fransanın müstəmləkə siyasəti və bunun acı reallıqlarını mən bu gün öz ölkəmdə yaşayıram. 2 iyul 1966-ci ildə ilk dəfə Fransa Tahitidə ilk nüvə silahını sınaqdan keçirib. Bugünə qədər 193 sınaq həyata keçirilib. Təsəvvür edin bu sınaqlar ölkəmdə hansı problemlərə yol açıb. Bugün xəstə doğulan uşaqların hesabını itirmişik. Xalqımız xərçəng xəstələyinin müxtəlif növləri ilə üz - üzədir. Fransanın müstəmləkəçilik siyasəti bu fəlakətlərə gətirib çıxarır”,- deyə o əlavə edib.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir. Görüş bu gün və sabah davam edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR