İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Hakan Fidanla görüşdü - FOTOLAR

735 16.02.2024 21:40 Siyasət A A

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın görüşü olub.

Musavat.com xəbər verir ki, Hakan Fidan dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik etdi.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha vurğulandı, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik bildirildi.

Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişi ilə bağlı danışıqlar və regional təhlükəsizlik məsələləri müzakirə olundu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR