İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident bolqarıstanlı həmkarı ilə görüşdü - FOTOLAR

431 10.12.2023 16:06 Siyasət A A

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub.

Musavat.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi.

Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyətini vurğulayan dövlət başçıları bu münasibətlə bir-birinə təbriklərini çatdırdılar.

Söhbət zamanı Solidarity Ring təşəbbüsünün əhəmiyyətinə toxunularaq, bu layihənin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi və ölkəmizin Avropanın qaz təchizatının təmin olunması işinə verdiyi töhfə baxımından önəmi bir daha qeyd edildi.

Dövlətimizin başçısı Bolqarıstan Prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR