İnsanlara hürriyət, millətlərə istiqlal!

Postsovet "oğru"ları BARIŞIR: "Biz qardaşıq"

1111 16.03.2022 15:40 Kriminal A A

Keçmiş SSRİ məkanındakı bütün “qanuni oğru”lar ədavətə son qoymaq qərarına gəliblər.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki. müxtəlif “oğru” klanlarının nümayəndələri əvvəl Antalyada, sonra İstanbulda görüşüblər. Tədbirdə “Merab Suxumski” kimi tanınan avtoritet Merab Canqlevazde və “Taro” ləqəbli avtoritet Taryel Oniani iştirak ediblər.

Onlar bir qədər əvvəl Rusiya kriminalının xaç atası “Şokro Molodoy”un müraciətini dəstəkləmək qərarına gəliblər.

Xatırladaq ki, “Şokro Molodoy” həbsxanadan “oğru aləmi”nə etdiyi müraciətdə “oğru aləmi”nin “kollabs” (ölü) vəziyyətdə olduğunu bildirmişdi:

“Onun vəziyyəti heç də ürəkaçan deyil. Bundan xilas yolu isə düşmənçiliyə və qarşılıqlı təhqirlərə son qoymaq, “qanuni oğru”lar arasında sülhə nail olmaqdır. Biz qardaşıq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR