İnsanlara hürriyət, millətlərə istiqlal!

Pornomodel -30 dərəcədə lüt soyunub və xəstəxanalıq olub

1180 07.02.2024 10:35 Dünya A A

Braziliyalı pornomodel Kris Qalera 30 dərəcə şaxtada fotosessiya etdikdən sonra xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Kris Qalera İslandiyada Yeni ili qeyd edərkən çəkiliş etmək qərarına gəlib. Açıq havada temperatur mənfi 30-a düşərkən, qar fırtınası da başlayıb, lakin bu, pornomodeli dayandırmayıb. “Paltarımı soyunmağa başlayanda hamı mənə baxıb “etmə” dedi”, - deyə model hərəkətinin start mərhələsini xatırlayır.

Qalera əvvəlcə bikinidə bir neçə foto çəkdirib, sonra bir az da lütlənib və çəkilişlərə davam edib. Polislər gəldiyi üçün onun lüt soyunmağa vaxtı çatmayıbi. O vaxta qədər onun əlləri qızarıb, codlaşıb və ağır verib.

“Demək olar ki, on dəqiqə paltosuz qaldım. Maksimum üç dəqiqə elə qalmaq olar. Az qala ölürdüm, amma daha çox video, daha çox şəkil çəkdirmək istəyirdim”, - Qalera jurnalistlərə bildirib.

Daha sonra onu xəstəxanaya aparıblar. Həkimlər onun hipotermi olduğu qənaətinə gəliblər. "Üstümə isti yorğan örtdülər, isti çay verdilər. Bir saat çox isti otaqda isindim, sonra hər şey mənim üçün yaxşı oldu", - pornomodel deyib.

İslandiyadan qayıtdıqdan sonra Galera Ginnesin Rekordlar Kitabı ilə əlaqə saxlayıb. O, öz hərəkətinin (qar fırtınası zamanı ən uzun yarıçılpaq fotosessiya etmək) rekord kimi tanınacağına ümid edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR