İnsanlara hürriyət, millətlərə istiqlal!

Poqosyan Qarabağdan DANIŞDI: “İnanılmaz görünürdü, amma...”

1526 20.10.2023 13:20 Son xəbər A A

““Beynəlxalq ictimaiyyət” və “demokratik dəyərlər” anlayışlarının sadəcə gözəl sözlər olduğunu başa düşmək lazımdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Tevan Poqosyan deyib.

“Hər kəs öz maraqlarını rəhbər tutur. Böyük toqquşmaların astanasında olan hazırkı dünyada isə maraqlar birbaşa güclə bağlıdır”, - deyə Poqosyan qeyd edib.

Erməni politoloqa görə, indi dünyada hamı düşməndir, burada önəmli olan öz maraqlarını başqaları ilə uzlaşdırmaq, kimlərlə çalışmağın mümkün olduğunu başa düşməkdir.

Poqosyana görə, Qarabağdakı separatçı hakimiyyətin Azərbaycana təslim olması yeni hücum təhlükəsini azaltmayıb.

“Bu, hələ başlanğıcdır. Düşmənimiz isə bunu gizlətmədən danışır. Onlar birbaşa Sünikin, Göyçənin, İrəvanın ələ keçirilməsindən danışırlar, bu onların sözləridir, mənim deyil”, - deyə Poqosyan vurğulayıb.

Onun sözlərinə görə, bir vaxtlar Qarabağın Azərbaycan tərəfindən geri qaytarılması da inanılmaz görünürdü.

Poqosyanın fikrincə, rəsmi İrəvan bütün ssenariləri nəzərdən keçirməyə və bunları cəmiyyətlə sakitcə müzakirə etməyə borcludur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR