İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşanın dövlət qurumları klinç durumundadır - Seymin deputatı

371 01.02.2024 14:33 Dünya A A

Polşanın dövlət orqanları klinç vəziyyətindədir, ölkədə fövqəladə vəziyyət yaranıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Polsat telekanalına müsahibəsində hökumətin keçmiş mətbuat katibi, hazırda Qanun və Ədalət partiyasından parlamentin aşağı palatasının üzvü olan Pyotr Müller deyib.

“Bu gün fövqəladə vəziyyətlə üzləşmişik. Bəzi dövlət orqanları digər dövlət orqanlarının qərarlarını tanımır. Elə bir vəziyyətə düşmüşük ki, onu aradan qaldırmaq çox çətin olacaq”.

Siyasətçi bu fikri Seymin (parlamentin aşağı palatası) spikeri Şimon Holovnyanın Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Mariuş Kaminski və onun müavini Maçey Vonsikin deputat statusundan məhrum edilməsi barədə qərarı ilə bağlı bildirib. Bu qərar hakimlər, ekspertlər və siyasətçilər tərəfindən qanunsuz hesab edilir.

“Şimon Holovnya, təəssüf ki, siyasi sadəlövhlük nümayiş etdirərək, baş nazir Donald Tuskun onun üçün qurduğu tələyə düşüb”, - deputat deyib və əlavə edib ki, Holovnya “konstitusiyanın müddəalarını pozur və ona görə gələcəkdə mühakimə oluna bilər”.

Dünən Polşa prezidenti Anjey Duda hökumət tərəfindən hazırlanmış və Seym tərəfindən təsdiq edilmiş dövlət büdcəsi qanununu imzalasa da, eyni zamanda qanun layihəsinin müzakirəsi zamanı iki deputatın - Kaminski və Vonsikin türmədə olmalarını, müzakirələrdə iştirak etməmələrini nəzərə alaraq qanunun legitimliyinin yoxlanması üçün konstitusiya məhkəməsinə göndərib.

P.S. Klinç – boksda yorulmuş döyüşçülərin qucaqlaşaraq bir-birinin əl-qolunu bağlaması.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR