İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşanın baş nazir: "100-dən çox "Vaqner" muzdlusu Suvalkiyə sızıb"

1328 29.07.2023 18:32 Son xəbər A A

Polşanın baş naziri Mateusz Moraviecki Suvalki dəhlizinin ərazisinə 100-dən çox "Vagner" özəl hərbi şirkətin muzdlusunun yerləşdirildiyini elan etdi.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, baş nazirin sözlərinə görə, Belarusda yerləşən “Vaqner"çillər” Suvalki dəhlizinin (Belarus Respublikası ilə Rusiya Federasiyasının Kalininqrad vilayəti arasındakı, təxminən 100 km uzunluğunda olan, Polşa və Litva ilə sərhəddə yerləşən quru dəhliz) ərazisinə köçürülüb. 

“Yəqin ki, onlar (muzdlular) Belarus sərhədçiləri kimi maskalanaraq, qeyri-qanuni miqrantlara Polşa ərazisində sabitliyi pozmaq üçün ölkəyə daxil olmağa kömək edəcəklər”, – Moravietski şübhəsini ifadə edib. "Polsat News"-un dxəbərinə görə, baş nazir deyib: "Həmçinin, onların özlərinin də qeyri-qanuni miqrant kimi Polşaya daxil olmağa çalışacaqları ehtimal edilir və bu, əlavə risklər yaradır".

Bu günlərdə Polşa Müdafiə Nazirliyi milli ordunun sayını iki dəfə artıraraq - 172 mindən 300 min əsgərə çatdırmaq planlarını açıqlayıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR