İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşalı azarkeşlər belaruslu məşqçini döyüblər

613 03.04.2024 21:16 Dünya A A

Polşanın “Zaqlembe” klubunun baş məşqçisi Aleksandr Xatskeviç azarkeşlər tərəfindən döyülüb.

Hadisə komandanın məşqi zamanı baş verib.

I Liqanın XXV turunda doğma arenasında “Katovitse”yə 0:4 hesabı ilə məğlub olan Sosnovets təmsilçisinin bugünkü məşqinə müdaxilə edən fanatlar futbolçularla söhbət etmək istəyiblər. Lakin sonda onların üzərinə şığıyan fan-klub üzvləri belaruslu mütəxəssisi yumruq və təpiklə vurublar.

50 yaşlı çalışdırıcının bu hadisəyə görə istefa verəcəyi gözlənilir.

Qeyd edək ki, Aleksandr Xatskeviç bu ilin yanvarından “Zaqlembe”yə rəhbərlik edir. Komanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR