Polşa Slovakiya parlamentinin nümayəndə heyətini daşıyan təyyarənin Rusiyaya uçmasına icazə verməyib.
Musavat.com xəbər verir ki, bu barədə TASS-a nümayəndə heyətinin üzvü Peter Qaşpar məlumat verib.
Slovakiya Milli Şurasının (birpalatalı parlament) vitse-spikeri Andrey Dankonun olduğu xüsusi təyyarə Çexiya və Almaniya üzərindən yola düşüb.
Bildirilib ki, bazar ertəsi Danko və Slovakiya parlamentinin digər vitse-spikeri Tibor Qaşpar Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodininlə görüşəcək. Çərşənbə axşamı onların Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşü nəzərdə tutulub.
Musavat.com