İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa Prezidenti Kiyevə səfər edib

416 28.06.2023 16:50 Son xəbər A A

Litva Prezidenti Gitanas Nausedanın ardınca onun polşalı həmkarı Anjey Duda da Kiyevə gəlib.

“Report” xəbər verir ki, bu barədə Polşa Prezidentinin dəftərxanası məlumat yayıb.

"Prezident Anjey Duda Kiyevdə səfərdədir. Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar zamanı Ukrayna Konstitusiya Gününün qeyd olunması müzakirə olunacaq, eləcə də cəbhədəki mövcud vəziyyət, o cümlədən Rusiyanın Zaporojye atom elektrik stansiyasına hücumu təhlükəsi ilə bağlı məsləhətləşmələr aparılacaq”, - məlumatda deyilir.

Tərəflər həmçinin NATO-nun iyulda keçiriləcək sammitinə hazırlıq məsələsini də müzakirə edəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR