İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa Almaniyadan 1,3 trilyon dolları ala biləcək?

1229 14.02.2024 03:23 Dünya A A

Almaniya hökuməti İkinci Dünya Müharibəsi zamanı Polşaya dəymiş ziyana görə kompensasiyanın ödənilməsi məsələsində güzəştə getməlidir.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Xristian Demokrat İttifaqının (CDU) nümayəndəsi Paul Çimiak “Suddeutsche Zeitung”a müsahibəsində bildirib.

"Polşanın yeni hökumətinin tonu tamam başqadır, lakin problem qalır", - deyə Çimiak vurğulayıb.

O qeyd edib ki, söhbət pulda deyil, polyakların nasistlərin zülmündən çəkdiyi əzabların simvolik etirafından gedir.

Çimiak hesab edir ki, Almaniya hakimiyyəti Varşavaya güzəştə getməlidir.

Eyni zamanda, Almaniya hökuməti müxalif siyasətçinin bəyanatına hələlik münasibət bildirməyib.

Qeyd edək ki, 14 sentyabr 2022-ci ildə Polşa Seymi Almaniyadan İkinci Dünya Müharibəsi zamanı insan və maddi itkilərə görə kompensasiya tələb edən qətnamə qəbul edib. Söhbət 1,3 trilyon dollar məbləğində ödənişlərdən gedir.

Lakin Almaniya bu məsələni müzakirə etməkdən qəti şəkildə imtina edib və təzminat mövzusunun çoxdan bağlandığını bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR