İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloqdan Fərid Səfərli ilə bağlı SON DƏQİQƏ açıqlaması: "Tezliklə azad oluna bilər ..."

927 18.08.2023 19:22 Son xəbər A A

"İran məhkəməsinin Fərid Səfərli haqqında iki illik həbs qərarı verməsi vətəndaşımızın yaxın günlərdə azad olunacağından xəbər verir".

Musavat.com bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, əks halda Fərid Səfərli “casus” iddiası ilə daha uzun müddətə həbs olunmalı idi.

“Əslində Tehran Fəridi Azərbaycanda İran kəşfiyyatı ilə əlaqəli olmaqda ittiham edilənlərə cavab olaraq həbs edib. Tehranın Fəridi azad etməyə hazırlaşmasını Azərbaycanla münasibətləri normallaşdırmaq istəyi kimi qəbul etmək olarmı? Bu ilk addım sayıla bilər, ancaq Azərbaycan səfirliyinə edilən terror hücumunun araşdırılmasının nəticəsini də görməliyik”,-deyə Elxan Şahinoğlu qeyd edib.

Xatırladaq ki, Fəridin anası Dilarə Əsgərova İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə ötən gün hökm oxunduğu və iki il həbs cəzası verildiyini bildirib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR