İnsanlara hürriyət, millətlərə istiqlal!

Polislər 20 yaşlı gənc qıza xəbərdarlıq etdi, 3 dəqiqə sonra qəzada öldü FOTO

1226 26.06.2023 02:35 Hadisə A A

Türkiyənin Ordu şəhərində baş verən yol qəzasında 20 yaşlı gənc həlak olub. 

Musavat.com xəbər verir ki, baş verən hadisədə Eda Toru adlı gənc qıza təhlükəli şəkildə motosiklet sürdüyü üçün polis tərəfindən saxlanılaraq xəbərdarlıq edilib.


Eda Toru bu xəbərdarlıqdan 3 dəqiqə sonra qəzada dünyasını dəyişib.

Qəza ötən gün saat 08:00 radələrində Atatürk Bulvarında baş verib. Samsun istiqamətində hərəkət edən Eda Toru idarəetməni itirdikdən sonra motosiklet səkiyə çırpılıb. Qəza zamanı Eda Toru səkidəki reklam lövhələrinin dirəklərinə çırpılıb. Ətrafdakıların xəbəri üzərinə qəza yerinə polis və sağlamlıq qrupları sövq edilib.

Həkimlərin nəzarəti zamanı Eda Torunun öldüyü müəyyən edilib. Torunun cəsədi prokurorluğun müayinəsindən sonra Ordu Dövlət Xəstəxanasının morquna aparılıb.

Musavat.com


eda1.jpg (128 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR