İnsanlara hürriyət, millətlərə istiqlal!

“Polisəm, axtarış aparacağam" deyərək mağaza sahibinin 7 min 500 dollarını oğurladı - VİDEO

1352 05.03.2023 18:50 Hadisə A A

İstanbulda özlərini polis kimi təqdim edərək hədiyyə dükanı sahibinin 7500 dollarını soyan 3 şübhəli tutulub.

Musavat.com xəbər verir ki, dələduzlar özlərini polis kimi təqdim edərək iş yerində axtarış aparacaqlarını söyləyiblər.

Dükan sahibi 40 yaşlı M.K.-ni tapança və bıçaqla hədələyib pulqabı və seyfindəki 7 min 500 dolları qəsb edən şübhəlilər hadisə yerindən qaçıblar.

Oğurluqdan sonra mağazadsahibi M.K. polisə zəng edərək xəbər verib. Polis qrupları keçirilən əməliyyatda şübhəlilər Burak D. , Furkan D. və Murat D.-ni nəzarətə götürüb. Şübhəlilərin çoxlu sayda cinayət qeydlərinin olduğu müəyyən edilib. Polisdəki əməliyyatlar tamamlandıqdan sonra ədliyyəyə sövq edilən şübhəlilər həbs edilib. 

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR